Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş keçirib. Görüşdə Digah və Şiləvar kəndlərinin sakinlərinin müraciətləri dinlənilib.
Cənub Media xəbər verir ki, görüşdə icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Səyyar qəbul zamanı Taleh Qaraşov əvvəlki görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun həll edilib, digər məsələlərin araşdırılması üçün aidiyyəti qurumlara müraciətlər göndərilib.
İcra başçısı sakinlərin müraciətlərinə həssaslıqla yanaşıldığını, qaldırılan məsələlərin diqqətdə saxlanıldığını və şəxsən nəzarətində olduğunu vurğulayıb.
Görüşdə kənd sakinlərinin fərdi və ümumi xarakterli müraciətləri dinlənilib. Bəzi məsələlərin operativ həlli ilə bağlı yerində tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi aidiyyəti şəxslərə həvalə olunub.
Qəbul zamanı kənd təsərrüfatının inkişafı, aqrar sahədə müasir yanaşmaların tətbiqi və rəqəmsallaşma məsələləri də müzakirə edilib. Sakinlərə myGov platformasının imkanları, elektron dövlət xidmətlərindən istifadə və şəxsi sənədlərin rəqəmsal formada əldə olunması barədə məlumat verilib. Aqrar sahədə rəqəmsal həllərin fermerlərin fəaliyyətinə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
Sakinlər müraciətlərə operativ və obyektiv yanaşılmasından məmnunluqlarını ifadə edərək ölkədə vətəndaşların sosial rifahının yüksəldilməsi və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran


