Cənub bölgəsində fəaliyyət göstərən hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və müvafiq sertifikatlaşdırma prosesinin aparılması istiqamətində növbəti audit təşkil olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları audit qrupunun üzvləri ilə birlikdə bölgədəki hotellərə səfər edərək təsdiq edilmiş meyarlar əsasında yoxlamalar aparıblar.
Audit zamanı hotellərin xidmət səviyyəsi və ulduz kateqoriyasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan tələblərə uyğunluğu qiymətləndirilib. Bununla yanaşı, hotel nümayəndələrinə müvafiq təlimat və tövsiyələr verilib.
Qeyd edək ki, hotellərin ulduz təsnifatından keçirilməsi xidmət keyfiyyətinin yüksəldilməsi, turizm obyektlərinin fəaliyyətinin müəyyən edilmiş standartlara uyğunlaşdırılması və bölgənin turizm imkanlarının inkişafı baxımından əhəmiyyət daşıyır.
Cənub Media, Lənkəran