Lənkəranda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə regional turnir təşkil edilib.
Cənub Media xəbər verir ki, noyabrın 4-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə “Zəfər Atışı” devizi altında keçirilən yarışda iştirakçılar atıcılıq bacarıqlarını və dəqiqliklərini nümayiş etdiriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən turnir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Yarışın qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Turnirin keçirilməsində məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, güllə atıcılığına marağı artırmaq, eləcə də istedadlı idmançıları aşkara çıxararaq onların inkişafına dəstək göstərmək olub.
Cənub Media, Lənkəran