Vətən müharibəsi şəhidləri Bağırzadə Mahsun Zahir oğlunun və Mirzəyev Rasim Fətta oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Xanbulan və Gəgiran kənd qəbiristanlıqlarındakı məzarları önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar.
Ziyarət zamanı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. O, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran




