Masallıda gənclərin asudə vaxtının səmərəli təşkili və yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə maraqlı rəsm fəaliyyəti təşkil olunub.
Cənub Media xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı bölməsində fəaliyyət göstərən könüllülər müxtəlif təsvirləri rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Fəaliyyət zamanı gənclər müxtəlif personajların, güllərin və digər təsvirlərin rəsmlərini öz zövqlərinə uyğun boyayıblar. Bu proses iştirakçılara həm öz yaradıcılıqlarını ifadə etmək, həm də asudə vaxtlarını maraqlı və əyləncəli keçirmək imkanı yaradıb.
Belə təşəbbüslər gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, onların sosial fəallığının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Cənub Media, Masallı