Vətən müharibəsi şəhidləri Talıbov Elnur Gəgiş oğlu, Mehdizadə Əli Məcid oğlu və Axundzadə Kənan Hamil oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin “Kiçik Bazar”, Şiləvar və Girdəni kənd qəbiristanlıqlarında yerləşən məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Daha sonra Taleh Qaraşov şəhid ailələri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. O, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran


