Salyan rayonunda yük avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Cənub Media xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “QAZel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev ağır xəsarətlər alaraq hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Salyan