Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin yaradıcılıq nümunələri Lənkəran regional “ASAN xidmət” mərkəzində nümayiş olunub.
Cənub Media xəbər verir ki, sərgidə Peşə Təhsil Mərkəzinin “İnteryer və eksteryerin bədii tərtibatı” ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri təqdim edilib.
“Şəhərsalma və memarlıq” ilinə həsr olunan sərginin əsas məqsədi tələbələrin yaradıcılıq qabiliyyətlərini, peşə bacarıqlarını və bədii yanaşmalarını nümayiş etdirmək, onların hazırladıqları nümunələri daha geniş auditoriyaya təqdim etməkdir.
Sərgidə nümayiş etdirilən əl işləri tələbələrin interyer və eksteryer dizaynı sahəsində qazandıqları bilik və praktiki bacarıqları əks etdirir. Bu cür təşəbbüslər gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, peşə təhsilinə marağın artırılması və onların hazırladıqları işlərin ictimaiyyətə tanıdılması baxımından əhəmiyyət daşıyır.
Cənub Media, Lənkəran