Lənkəranın Boladi kəndindən olan 16 yaşlı idmançı Jasmin Amirova kikboksinq üzrə WAKO Dünya Kubokunda qızıl medal qazanıb.
Cənub Media xəbər verir ki, oktyabrın 13–18-də Özbəkistanın Daşkənd şəhərində keçirilən yarışda Azərbaycan təmsilçisi 52 kiloqram çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb. Jasmin Amirova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Jasmin Amirova ikiqat Azərbaycan çempionudur. O, həmçinin 2025-ci ildə İtaliyada keçirilən WAKO Avropa çempionatında gümüş medal qazanıb.
Gənc idmançının Dünya Kubokundakı qələbəsi onun beynəlxalq arenada növbəti uğuru kimi qiymətləndirilir.
Cənub Media, Lənkəran