Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı görüşlər təşkil olunub.
Cənub Media xəbər verir ki, görüşlər Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında keçirilib.
Görüşlər zamanı təhsilverənlərə sertifikatlaşdırmanın məqsədi, mərhələləri və məzmunu barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, proseslə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatlandırıcı görüşlərdə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 500-dən çox təhsilverən iştirak edib.
Cənub Media, Lənkəran