Yardımlı rayonunda yaşayış məntəqələrində mövcud vəziyyət, sosial-iqtisadi məsələlər və sakinlərin müraciətlərindən irəli gələn problemlərin həlli yolları müzakirə edilib.
Cənub Media xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, bələdiyyə sədrləri, eləcə də icra başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
İclasda rayonun yaşayış məntəqələrindəki mövcud vəziyyət, sosial-iqtisadi sahədə qarşıda duran vəzifələr və vətəndaşların müraciətlərində qaldırılan məsələlər ətraflı nəzərdən keçirilib.
Orxan Məmmədov problemlərin qısa müddətdə və səmərəli şəkildə həll olunmasının, vətəndaş məmnuniyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə aidiyyəti idarə və təşkilatların rəhbərlərinə, həmçinin yerli nümayəndəliklərə müvafiq tapşırıqlar verilib.
Cənub Media, Yardımlı