Cəlilabad rayonunda məişət tullantılarının toplanması və ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə 80 yeni konteyner ayrılıb.
Cənub Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər birinin tutumu 1100 litr olan konteynerlər Cəlilabad Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Kombinatının balansına verilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni konteynerlərə baxış keçirib. O, konteynerlərin təyinatı üzrə istifadəsi, eləcə də ərazilərdə təmizlik işlərinin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Yeni konteynerlərin əsasən əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Onların istifadəsi məişət tullantılarının toplanmasının yaxşılaşdırılmasına, ətraf mühitin təmizliyinin qorunmasına və sanitar şəraitin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Cənub Media, Cəlilabad



