Astara rayonunda 2026-cı ilin yanvar-sentyabr aylarında Əhaliyə göstərilən ödənişli xidmətlər 5,3 artıb.
Astara Rayon Statistika İdarəsindən Cənub Media-ya bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 36340,0 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 8290,8 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 22,8 faizini təşkil etmişdir.
2026-cı ilin yanvar-sentyabr aylarında hər bir rayon sakini orta hesabla 319,3 manatlıq və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 29,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Cənub Media, Astara