Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidləri Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin anım günü ilə əlaqədar məzarları ziyarət ediblər.
Cənub Media xəbər verir ki, ziyarət zamanı Aqşin Nazim oğlu İbadovun Boladı kəndində, Emil Şahin oğlu Şıxəlizadənin Gərmətük qəsəbəsində, Etiram Həsən oğlu Hüseynlinin isə “Kiçik Bazar” qəbiristanlığında yerləşən məzarları önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. O, dövlətin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini, onların hər zaman dövlətin dəstəyini hiss etdiyini vurğulayıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran


