Vətən müharibəsi şəhidi Əliyev Kamran Rasim oğlunun anım günü münasibətilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində məzarı ziyarət edilib.
Cənub Media xəbər verir ki, anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Daha sonra Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. O, dövlətin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İlkin Adıyev, Cənub Media

