Uzun illərdir televiziya sahəsində çalışan tanınmış jurnalist-bloger Rəhman Məlikli ilk dəfə olaraq YouTube kanalında süni intellekt texnologiyalarından istifadə etməklə “Əsirlikdən böyük qaçış” adlı sənədli film hazırlayıb.
Cənub Media xəbər verir ki, izləyicilərin bu mövzuya yüksək maraq göstərməsi onu yeni layihəyə başlamağa sövq edib.
Uzun müddətdir Azərbaycanlı əsirlərin müsahibələrini yayımlayan Rəhman Məlikli yaxın gələcəkdə yerli qəhrəmanların həyat və mübarizə yolundan bəhs edən bu tip sənədli filmlərin istehsalını davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, İctimai Televiziyanın Cənub bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərən Rəhman Məliklinin YouTube kanalının abunəçilərinin sayı 125 minə yaxındır.
