Biləsuvar rayonunda bir neçə minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Cənub Media xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin iştirakı ilə baş verən toqquşma nəticəsində bir nəfər həyatını itirib, xəsarət alanlar isə var. Yaralıların vəziyyəti və hadisənin digər təfərrüatları barədə hələlik ətraflı məlumat verilməyib.
Hadisənin səbəbləri və digər detallar dəqiqləşdirilir.
Cənub Media, Biləsuvar