Astaranın Sım kəndində turizm imkanlarının genişləndirilməsi ilə yanaşı, kəndin ekoloji vəziyyətinin qorunması və vizual görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Cənub Media xəbər verir ki, “Turistik kənd” layihəsi çərçivəsində turist axınının artması ilə əlaqədar yarana biləcək bərk məişət tullantılarının vaxtında ərazidən kənarlaşdırılması məqsədilə kənddə əlavə tədbirlər həyata keçirilib.
Lənkəran Regional Turizm İdarəsi tərəfindən Sım kəndinin mərkəzində, eləcə də turistlərin daha çox səyahət etdiyi əsas ərazilərdə müasir tələblərə cavab verən tullantı qutuları yerləşdirilib.
Görülən tədbirlərin kəndin təmizliyinin qorunmasına, ətraf mühitin mühafizəsinə və turistlər üçün daha əlverişli şəraitin yaradılmasına xidmət etdiyi bildirilib.
Bu istiqamətdə işlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
İlkin Adıyev, Cənub Media, Astara



