Masallı rayonunun Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Mustafayev Musa Əlövsət oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Cənub Media xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Musa Mustafayevin məzarını ziyarət edərək məzarına gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Mərasimdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim uca tutulduğu, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əlihüseyn Şükürov, Cənub Media