27 Sentyabr – Anım Günü ərəfəsində Cəlilabadda şəhid ailələri ziyarət olunub.
Cənub Media xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhidlər Anar İsmayılov, Elçin Ağayev, Rəşad Qənbərli və Elməddin Əliyevin ailə üzvləri ilə görüşüb.
Görüşlər zamanı şəhidlərin keçdiyi döyüş yolu və Vətən qarşısındakı xidmətləri xatırlanıb, onların əziz xatirəsinin daim ehtiramla yad edildiyi bildirilib.
Şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanan Rafiq Cəlilov onların sosial-məişət məsələlərinin diqqətdə saxlanıldığını qeyd edib.
Daha sonra rayon rəhbəri şəhid atalarının iştirakı ilə Göytəpə şəhərində yerləşən naməlum şəhidlərin məzarlarını ziyarət edib.
Məzarların önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsi ehtiramla yad edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
İlkin Adıyev, Cənub Media
