Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cənub Media-nın əldə etdiyi məlumata görə, qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən at arabası ilə toqquşub.
Hadisə nəticəsində avtomobildə və ya at arabasında olan Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.