Bakı–Ələt–Astara magistralının Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.
Cənub Media xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.
Hazırda magistral yolda nəqliyyat vasitələrinin hərəkəti davam edir.