Cənub bölgəsində sentyabrın 14-də hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir.
Cənub Media , Lənkəran-Astara bölgəsində sabah yağıntı ehtimalı aşağı olacaq. Lənkəranda havanın gecə saatlarında 19-20 dərəcə, gündüz isə 28-29 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Astarada isə temperaturun gecə 21 dərəcə, gündüz 27 dərəcə ətrafında dəyişəcəyi gözlənilir. Havanın əsasən qismən buludlu keçəcəyi bildirilir.
Bölgənin digər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gün ərzində temperaturun yüksələcəyi ehtimal olunur.
Cənub Media