Biləsuvar rayonunda motosikletlə yük avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Cənub Media xəbər verir ki, hadisə noyabrın 13-də axşam saatlarında əvvəlki Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, hərəkətdə olan motosiklet “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 2005-ci il təvəllüdlü rayon sakini E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Biləsuvar