????????????????????????????????????
Vətən müharibəsi şəhidi Hüseyn Xanhüseyn oğlu Bəşirzadənin anım günü ilə əlaqədar Lənkəranda məzarı ziyarət edilib.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Qumbaşı kənd qəbiristanlığında yerləşən məzarını ziyarət ediblər.
Məzar önünə tər çiçəklər düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət zamanı onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran