Masallı rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cənub Media xəbər verir ki, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə oktyabrın 8-də saat 10:00-dan etibarən təmir-bərpa işlərinə başlanılacaq.
İşlər yekunlaşanadək Qəriblər, İsilər, Məmmədrza küçəsi, Əzizabad və Qodman kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişinin təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən yaranacaq müvəqqəti fasilə ilə bağlı anlayış göstərmələri xahiş olunur.
Cənub Media, Masallı