Cənub rayonlarında yağışlı hava davam edəcək.
Cənub Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 8-də Azərbaycanın cənub rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Qarşıdakı günlərdə də bölgədə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
İlkin Adıyev, Cənub Media