Masallıda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı rayon prokuroru Vəli Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq əməkdaşları və veteranları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər prokurorluq orqanlarının ölkədə qanunçuluğun və hüquq qaydasının təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rolunu vurğulayıblar.
Çıxışlarda prokurorluq əməkdaşlarının qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi istiqamətində üzərlərinə düşən məsuliyyətli vəzifələrdən bəhs edilib.
Həmçinin prokurorluq orqanlarında uzun illər səmərəli fəaliyyət göstərmiş veteranların xidmətləri diqqətə çatdırılıb, onların təcrübəsinin gənc əməkdaşlar üçün əhəmiyyəti vurğulanıb.
Sonda prokurorluq əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik olunub, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulanıb.
Əlihüseyn Şükürov