Bir çox xəstələr üçün qara çay faydadan daha çox zərər verə bilər. Lakin belə insanlar çayı hansı içki ilə əvəz edə biləcəklərini bilmirlər və bu məsələ onlar üçün ciddi problemə çevrilir.
Cənub Media xəbər verir ki, tanınmış həkim Fizuli Hüseynov bəzi xəstələr üçün qara çayın əvəzinə istifadə edilə biləcək içki vasitələrindən danışıb.
Həkim üzüm kolunun uc hissəsindəki təzə yarpaqların, nazik gövdə və saplaqların qurudularaq dəmlənə biləcəyini bildirib.
F.Hüseynovun sözlərinə görə, üzüm yarpaqlarından hazırlanan dəmləmənin dadı xoşdur və tərkibində antioksidantlar var.
Həkim qeyd edib ki, bu içkinin qaraciyər və mədəaltı vəz üçün faydalı olduğu, həmçinin yeməkdən əvvəl köpə qarşı istifadə edilə biləcəyi bildirilir.
Qeyd: Müalicə və ya müəyyən xəstəliklər zamanı bitki dəmləmələrindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.