Lənkəranda taekvondo üzrə nümunəvi çıxışlar keçirilib.
Cənub Media xəbər verir ki, sentyabrın 30-da Lənkəran şəhərində taekvondo idman növünün təbliği məqsədilə nümunəvi çıxışlar təşkil olunub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Lənkəran şəhərindəki Heydər Əliyev adına Xatirə Parkında baş tutub.
Tədbirdə Azərbaycan Taekvondo Federasiyasının Nümunəvi Çıxışlar komandası iştirak edib.
Nümunəvi çıxışların keçirilməsində əsas məqsəd taekvondo idman növünün tanıdılması, gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və idmanın kütləviliyinin təmin edilməsidir.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxışlar zamanı taekvondonun müxtəlif texniki imkanları nümayiş etdirilib, idmançıların çevikliyi və peşəkarlığı diqqət çəkib.


