Lənkəranın 6 kəndində qaz təchizatı dayandırılacaq.
Cənub Media xəbər verir ki, sentyabrın 30-da saat 10:00-dan təmir işləri yekunlaşanadək Lənkəran rayonunun Girdəni, Havzava, Veravul, Vilvan, Osaküçə və Sınovli kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, fasilə qaz sızmasının aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa olunacağı bildirilib.