“Xocavənd Gənclərinin İnkişafına Dəstək” ictimai birliyi, “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi, Mil İntellektual Klubu, Beyləqan rayon Gənclər və İdman İdarəsi, MMRTİ Beyləqan rayon Təhsil Sektoru, ATİAHİ, KRMİ Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş intellektual turnir təşkil edilmişdir. Turnirdə 8 komanda iştirak etmişdir.
Çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, Təhsil Sektorunun məsul əməkdaşı Anar Yaqubov, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova və digər qonaqlar tədbir iştirakçılarını salamlamışdır.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin “Zəkalar” komandası 3-cü, Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyin “Xəmsə” komandası 2-ci, Beyləqan şəhər 3 nömrəli tam orta məktəbin “Qarabağ” komandası 1-ci yerin sahibi olmuşdur. Qaliblər diplom və hədiyyələrlə təltif edilmişlər.
