Lənkəran teatrı “Arşın mal alan”ı Xankəndidə nümayiş etdirib
Cənub Media xəbər verir ki, 20 sentyabr — Xankəndi Şəhəri Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının kollektivi Xankəndidə səhnəyə çıxıb.
Xankəndi Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası Lənkəran Dövlət Dram Teatrının təqdimatında nümayiş olunub.
Bir əsrdən artıqdır Azərbaycan mədəniyyətinin ən məşhur səhnə əsərlərindən biri kimi tanınan operetta Xankəndidə tamaşaçılara təqdim edilib və alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı isə Sevən Həsənlidir.
Səhnə əsərində rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə və Şəbnəm Hüseynova ifa ediblər.
İlkin Adıyev, Cənub Media