Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub.
Cənub Media xəbər verir ki, proqram çərçivəsində təlimlər 15-17 oktyabr 2026-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcək.
Təlim iştirakçıları seçim əsasında müəyyənləşdiriləcək. Seçim zamanı ilk dəfə proqramda iştirak edənlərə, QHT-lərdə layihələrin hazırlanmasına məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara və regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinə üstünlük veriləcək.
Bundan başqa, ingilis dili bilən və QHT-lərin sosial media səhifələrini idarə edən şəxslərin də seçim zamanı nəzərə alınacağı bildirilir.
İştirak etmək istəyən şəxslər 30 sentyabr 2026-cı il saat 23:59-dək onlayn sorğunu dolduraraq Agentliyə göndərməlidirlər. Daxil olan məlumatlar təhlil edildikdən sonra növbəti mərhələyə keçən namizədlərlə müsahibələr keçiriləcək.
Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/PeEKsPvU4x4ME5bWA
Qeyd edək ki, daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarında iştirak edən şəxslər builki təlimə qoşula bilməzlər. Həmçinin hər QHT-dən yalnız bir nəfərin proqramda təmsil olunmasına icazə verilir.
İlkin Adıyev, Cənub Media