Noyabrın 21-də Biləsuvar şəhərində VI Hind quşu-mətbəx festivalı təşkil olunacaq. Festival saat 10:00-da Mərkəzi Parkda başlayacaq.
Cənub Media xəbər verir ki, tədbirin məqsədi hind quşu məhsullarından hazırlanan yeməkləri və yerli mətbəx nümunələrini təqdim etmək, iştirakçılara fərqli kulinariya təcrübəsi yaşatmaqdır.
Festivalın Biləsuvarda sakinlər və qonaqlar üçün maraqlı tədbirə çevriləcəyi gözlənilir.
Cənub Media, Biləsuvar