Cəlilabad Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə rayon turniri təşkil olunub. Yarışda 24 idmançı iştirak edib.
Cənub Media xəbər verir ki, noyabrın 14-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunub.
Yarışın keçirilməsində məqsəd üzgüçülük idman növünə marağın artırılması və idmançıların bacarıqlarının nümayiş etdirilməsi olub.
Cənub Media, Cəlilabad