Lənkəran rayonunun Ürgə kəndində Vətən müharibəsi şəhidi Araz İbadlının anım günü ilə əlaqədar məzarı ziyarət edilib.
Cənub Media xəbər verir ki, noyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhid İbadlı Araz Babəli oğlunun Ürgə kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Daha sonra Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Rayon rəhbəri dövlətin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran