Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Moskvada Yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstərərək iki medal əldə ediblər.
Cənub Media xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı UGİM-in idmançıları yarışda müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.
41 kiloqram çəki dərəcəsində çıxış edən Baqiyev Ağakişi Akif oğlu bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub. 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbasov Aqil Elgün oğlu isə yarışı üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.
İdmançıların məşqçi-müəllimi Qismət Əkbərovdur.
Cənub Media, Masallı