Masallı şahmatçısı Nərmin Abdinova Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanaraq qitə çempionu tituluna yiyələnib. İdmançımız yarışda keçirdiyi bütün görüşlərdən qalib ayrılıb.
Cənub Media xəbər verir ki, Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8–18 yaşlı şahmatçılar arasında təşkil olunan Avropa çempionatına yekun vurulub.
18 yaşadək qızlar arasında mübarizə aparan Nərmin Abdinova sonuncu – IX turda FIDE təmsilçisi Lizaveta Liashkeviçə qalib gəlib. Bir tur əvvəl çempionluğunu təmin edən şahmatçımız turniri 9 oyunda 9 qələbə və maksimum 9 xalla başa vurub.
Beləliklə, Nərmin Abdinova bütün rəqiblərini qabaqlayaraq Avropa çempionatının qızıl medalına layiq görülüb. Masallı təmsilçisi yarış boyunca nümayiş etdirdiyi yüksək oyun səviyyəsi və əzmkarlığı ilə diqqət çəkib.
Cənub Media, Masallı