Lənkəranın Boladi kəndindən olan Nüsrət İsmayılzadə Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyində vəzifəyə təyin edilib. O, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda vitse-konsul kimi fəaliyyət göstərəcək.
Cənub Media xəbər verir ki, 1999-cu il təvəllüdlü Nüsrət Fikrət oğlu İsmayılzadə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
O, əmək fəaliyyətinə Xarici İşlər Nazirliyində davam edib və burada hərbi-siyasi məsələlər üzrə aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Yeni təyinatla Nüsrət İsmayılzadə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda diplomatik fəaliyyətini davam etdirəcək.
Cənub Media, Lənkəran