Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb.
Cənub Media xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti axtarışlar nəticəsində tapılıb.
İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. Axtarışlar nəticəsində meyiti Ürgə kəndi ərazisindəki qamışlıq sahədə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit daxili və xarici müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Cənub Media, Lənkəran