8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Cəlilabad şəhərində ağacəkmə aksiyası təşkil olunub.
Cənub Media xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Aksiya çərçivəsində Cəlilabad şəhərində yerləşən “Nar Bağı” ailəvi-uşaq parkının ərazisində 150 ədəd zeytun və nar ağacı əkilib, yeni salınan yaşıllıqlar suvarılıb.
Ərazidə yaşıllıqların qorunması və ağacların inkişafının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb, əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Cənub Media, Cəlilabad