Lənkəran-Astara Regional Təhsil İdarəsi şagirdlərin idmana marağının artırılması, fiziki inkişafının dəstəklənməsi və basketbol üzrə istedadlı uşaqların üzə çıxarılması məqsədilə müvafiq mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Cənub Media xəbər verir ki, bu məqsədlə Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində və Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbində basketbol dərnəklərinin fəaliyyətinin təşkili nəzərdə tutulur.
Basketbol dərnəklərində məşğələlərin keçirilməsi üçün müvafiq bilik və təcrübəyə malik şəxslərin müraciətləri qəbul olunur.
Namizədlərə dair əsas tələblər bunlardır:
- Basketbol idman növü üzrə müvafiq bilik və bacarıqlara malik olmaq;
- Uşaqlar və yeniyetmələrlə işləmək bacarığı;
- Məşğələlərin təşkili və keçirilməsi üzrə təcrübəyə malik olmaq;
- Məsuliyyətli və intizamlı olmaq, kollektivlə işləmək bacarığı.
Seçiləcək mütəxəssislərin əsas fəaliyyət istiqamətləri şagirdlər üçün basketbol məşğələlərinin təşkili və keçirilməsi, istedadlı uşaqların müəyyənləşdirilməsi və onların inkişafının dəstəklənməsi, eləcə də uşaqlar arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təşviqindən ibarət olacaq.
Basketbol sahəsində müvafiq təhsili və ya məşqçilik təcrübəsi olan şəxslər qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/wmBJmvpy5aCxemJp6
Lənkəran-Astara Regional Təhsil İdarəsi gələcəyin idmançılarının yetişdirilməsinə töhfə vermək istəyən mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Cənub Media, Lənkəran