Ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesi iki mərhələdə aktivləşdiriləcək.
Cənub Media xəbər verir ki, noyabrın 4-də saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi mümkün olacaq.
Noyabrın 5-də saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi aktivləşdiriləcək.
Valideynlər övladlarının məktəb yerdəyişməsi ilə bağlı müraciətlərini müvafiq elektron sistem üzərindən edə biləcəklər.
Cənub Media