Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələr üçün əyləncəli idman və inklüziv hərəkətli tədbir təşkil olunub.
Cənub Media xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və onun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin kollektivi Lənkəran şəhərində yerləşən internat tipli xüsusi ümumtəhsil məktəbinə baş çəkib.
Məktəbdə keçirilən tədbir zamanı gimnastika, atletika, cüdo və mütəhərrik idman oyunları təşkil olunub. İdman proqramları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi müəssisədə təhsil alan uşaq və yeniyetmələrin idmana marağını artırmaq, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək və onların fiziki fəallığı üçün bərabər imkanlar yaratmaqdır.
Bununla yanaşı, təşəbbüs uşaqların sosiallaşmasına, fəal həyat tərzinə cəlb olunmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Cənub Media, Lənkəran