Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Cənub Media xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd ediblər. Bu zaman R. Səfərov adlı şəxs qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər şəxs E. Kərimov saxlanılıb. Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib.
Cənub Media, Lerik