Lənkəran idmançısı Rahilə Hüseynzadə Albaniyada keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyində üç medal qazanıb.
Cənub Media xəbər verir ki, oktyabrın 12-19-da Albaniyanın Dürres şəhərində 23 yaşadək idmançılar arasında keçirilən Avropa birinciliyində Rahilə Hüseynzadə 86 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
İdmançı birdən qaldırma hərəkətində 94 kiloqram nəticə ilə gümüş, təkanla qaldırma hərəkətində 115 kiloqram nəticə ilə bürünc medal əldə edib. O, iki hərəkətin cəmində 209 kiloqram nəticə göstərərək ikinci yeri tutub və daha bir gümüş medala layiq görülüb.
Beləliklə, Rahilə Hüseynzadə qitə birinciliyini iki gümüş və bir bürünc medalla başa vurub.
İdmançının məşqçi-müəllimi Teymur Əliquliyevdir.
Bu nəticə ilə Rahilə Hüseynzadə Azərbaycanı və doğma Lənkəranı beynəlxalq idman yarışında uğurla təmsil edib.
Cenub Media, Lənkəran