Dünya bazarında qızılın qiyməti oktyabrın 15-də yüksəlib.
Cənub Media xəbər verir ki, spot qızılın bir troya unsiyasının qiyməti 0,7 faiz artaraq 4 134,08 dollara çatıb. ABŞ dollarının zəifləməsi qiymətli metalın bahalaşmasına təsir edən amillərdən biri olub.
Qızılın qiyməti beynəlxalq bazarlarda dəyişdiyindən bu göstəricilər gün ərzində yenilənə bilər.
İlkin Adıyev, Cənub Media