Yaradıcı Gənclər İctimai Birliyinin və RODOOS İnnovativ Təhsil Mərkəzinin birgə təşəbbüsü ilə yeniyetmələr üçün Ödənişsiz Dulusçuluq və Misgərlik turu təşkil edilib.
Cənub Media xəbər verir ki, ilk dayanacaq Ərkivan qəsəbəsində yerləşən Dulusçuluq sexində olub. Burada məktəblilər dulusçuluq sənəti ilə yaxından tanış olublar, qədim sənətkarlıq nümunələrini görüblər.
Daha sonra Boradigah qəsəbəsində yerləşən Misgərlik sexində olublar. Məktəblilər misgərlik sənətinin xüsusiyyətləri ilə tanış olaraq milli sənətkarlığımızın bu qədim nümunəsini yaxından öyrənmək imkanı qazanıblar.
Məktəblilər mədəni irs nümunələri ilə tanış olub və masterklaslarda iştirak ediblər.️
Bu tur məktəblilər üçün milli-mədəni irsimizin tanıdılması, müxtəlif sənətkarlıq sahələri haqqında məlumatların artırılması və öyrənmənin daha maraqlı mühitdə təşviq edilməsi məqsədilə keçirilib.
