Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Turan Məmmədli kəmər güləşi üzrə ölkə birinciliyi və çempionatında gümüş medal əldə edib.
Cənub Media xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədli Turan Coşqun oğlu bütün rəqiblərinə qarşı əzmkarlıq nümayiş etdirərək ikinci yeri tutub.
Qeyd edək ki, idmançı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Onun məşqçi-müəllimi Vüqar Abbasovdur.
Cənub Media, Masallı